BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM nümayəndə heyəti Koreya Respublikasında vacib görüşlər keçirib

2024-03-19 15:18

Koreya Republikasına iki günlük səfər çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) nümayəndə heyəti bir sıra vacib görüşlər keçirib. Nümayəndə heyəti ilə Hankuk Xarici Tədqiqatlar Universitetinin Türkiyə-Azərbaycan Araşdırmalar Fakültəsinin akademik heyəti, universitetin prorektoru Kim Min Jeoung, eləcə də Xarici Əlaqələr və Milli Təhlükəsizlik İnstitutunun Prezidenti Lee Moon-hee, Avropa və Rusiya Araşdırmaları Fakültəsinin professoru xanım Lee Tae Rim arasında görüşlər baş tutub. Akademik dairələr arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Həmçinin, BMTM sədri Fərid Şəfiyev və Koreya Respublikası Xarici İşlər Nazirliyinin Strateji Planlaşdırma Bürosunun Baş direktoru Park Jang-ho arasında görüş keçirilib. Görüş zamanı ikitərəfli münasibətlər müzakirə edilib, geosiyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Səfərin yekununda nümayəndə heyəti mərkəzi Seulda yerləşən Qlobal Yaşıl İnkişaf İnstitutunda  (Global Green Growth Institute) olub, COP29-la bağlı müzakirələr aparılıb.