2023-cü il dekabrın 22-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və İraqın Strateji Araşdırmalar üzrə Respublika Mərkəzi (INASS) institutlararası əməkdaşlığın gücləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu imzalamışdır. Sənəd BMTM-in İdarə Heyətinin sədri Dr. Fərid Şəfiyev və INASS-ın baş direktoru Dr. Mutaz Muhi Əbdülhəmid tərəfindən imzalanıb.
Memorandum elmi ədəbiyyat və nəşrlərin mübadiləsini, həmçinin birgə simpozium və konfransların təşkilini nəzərdə tutan əməkdaşlıq çərçivəsini müəyyən edir.
Eyni zamanda, bu sənədin imzalanması Azərbaycan Respublikası ilə İraq Respublikası arasında mövcud olan ənənəvi dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş birgə niyyətin ifadəsidir.


