BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində Laçında 30 ölkədən 64 ekspertin iştirakı ilə konfrans keçirilib

2024-04-24 17:25

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində Laçında 30 ölkədən 64 ekspertin iştirakı ilə konfrans keçirilib. ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda akademik çevrələrdən nümayəndələr, sabiq səfirlər, beynəlxalq beyin mərkəzlərinin təmsilçiləri  davamlı inkişaf və yaşıl enerji ilə bağlı fikirlərini bölüşüblər.

Qonaqlar ilk  səfərlərini Zəngilan şəhərinə edərək Zəngilan Beynəlxalq Aeroportunun fəaliyyəti ilə tanış oldular.

Panel sessiyalarında COP29 və Azərbaycanın yaşıl enerji siyasəti mövzuları xüsusi diqqətdə saxlanmaqla regionda davamlı inkişaf istiqamətində atılan addımlar müzakirə edilib.

Qarabağda davamlı inkişafla bağlı birinci panel müzakirə ADA Universitetinin rektoru, Diplomatiya və İnkişaf İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilib.

Azərbaycan Prezidentin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov, Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, həmçinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyev panel müzakirələrində iştirak etdilər.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən ikinci panel müzakirəsində Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Metyu Brayza, Cenevrə Dövlət Universitetində Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedjazi, “Tracadero” Forum İnstitutunun rəhbəri Ellen Vasilina və “Methinks” şirkətinin enerji təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi Con Roberts Azərbaycanın ehtiyaclarına uyğunlaşdırıla bilən beynəlxalq praktikadan bəhs ediblər.