BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Fransalı döyüşçülərin Ermənistanın apardığı hərbi əməliyyatlarda iştirakı araşdırılır

2021-03-08 13:37

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Roza Əsgərovanın "Eurasia Review" nəşrində "Fransalı döyüşçülərin Ermənistanın apardığı hərbi əməliyyatlarda iştirakı araşdırılır" adlı məqaləsi dərc olunub.

Məqalədə Fransanın İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfdən döyüşlərdə iştirak edən vətəndaşları ilə bağlı araşdırma başlatması və həmin prosesin Fransa mətbuatında işıqlandırılmasından bəhs edilir. R.Əsgərova məqalədə muzdlu döyüşçülərin döyüşlərin əməliyyatlara cəlb olunması ilə bağlı Ermənistanın yerli və xarici mediasında açıq elanların verilməsi və həmin döyüşçülər üçün xüsusi təşkilatlar tərəfindən hərbi təlimlərin keçirilməsi məsələləri barədə də qeyd edib. Müəllif bu kimi addımlarla Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozuduğunu vurğulayır və müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diasporunun nümayəndələrinin yaşadığı ölkələrin qanunlarını pozaraq Ermənistan tərəfdən döyüşlərə qatılmağa çağıran elanlar yaymasına dair faktlar göstərir. 

https://www.eurasiareview.com/08032021-participation-of-french-fighters-in-armenian-military-action-sparks-investigation-oped/