BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Ermənistanla Azərbaycan arasında yeni münaqişə həyati əhəmiyyətli enerji infrastrukturlarını təhdid edir

2020-10-07 14:34

BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Daily Sabah” nəşrində “Ermənistanla Azərbaycan arasında yeni münaqişə həyati əhəmiyyətli enerji infrastrukturlarını təhdid edir” başlıqlı məqaləsi dərc edilib. Məqalədə sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzünə diqqət çəkilir, Azərbaycan ərazilərinin davamlı artilleriya və raket atəşinə məruz qalması vurğulanır. Qeyd olunur ki, Azərbaycanın döyüş zonasından kənarda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Tərtər kimi şəhər və rayonlarının müxtəlif tipli raketlərlə atəşə tutulması nəticəsində dinc əhali arasında çoxsaylı ölən və yaralananların olması ilə yanaşı, eləcə də mülki infrastruktura ziyan dəyib: “İyul ayında Tovuz təxribatınə törətməklə, eləcə də mühüm enerji infrastrukturlarının yerləşdiyi Gəncə, Mingəçevir rayonlarına raket hücumları etməklə Ermənistan Azərbaycana qarşı etdiyi davamlı təcavüzünün əsas səbəblərindən birinin həm də Azərbaycan iqtisadiyyatının əsas sütunlarından olan vacib enerji infrastrukturuna zərər yetirmək olduğunu nümayiş etdirib. Daha öncələr də Ermənistan tərəfi Mingəçevir su anbarına qarşı, eləcə də Gəncə şəhərinə və Azərbaycanın vacib enerji infrastrukturlarına qarşı hava hücumlar edəcəyi ilə hədələsə də bu təhdidlərin reallaşdığını görmək bu dövlətin əsl xislətini üzə çıxarır”.

Məqalədə Azərbaycanın beynəlxalq tərəfdaşları ilə birgə şəkildə reallaşdırdığı enerji layihələrinin əhəmiyyətinə diqqət çəkilərək bildirilir ki, bu illər ərzində Azərbaycan özünü Avropanın vacib tərəfdaşı kimi sübut edib, enerji mənbələri və marşrutlarının şaxələndirilməsində əhəmiyyətli rol oynadığını göstərib. 

Daha ətraflı: https://www.dailysabah.com/opinion/op-ed/new-war-between-armenia-and-azerbaijan-threatens-critical-energy-infrastructure