BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM ilə Macarıstanın Xarici İşlər və Ticarət İnstitutu (IFAT) arasında Anlaşma Memorandumu imzalanıb

2019-10-03 14:30

3 oktyabr 2019-cu il tarixində BMTM və Macarıstanın Xarici İşlər və Ticarət İnstitutu (IFAT) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu BMTM-in İdarə Heyətinin Sədri Fərid Şəfiyev və IFAT-ın direktoru Marton Ugrosdy imzalayıblar. Tərəflər qarşılıqlı faydalı əməkdaşlığı daha da genişləndirmək və beynəlxalq münasibətlər, xarici siyasət, qlobal və regional təhlükəsizlik, beynəlxalq siyasi, iqtisadi və mədəni inkişaflarla əlaqəli məlumat və fikir mübadiləsi aparmaq barədə razılığa gəliblər.