Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Yunis Qurbanovun müəllifi olduğu “Azərbaycan İran münaqişəsi fonunda yaranan böhranın öhdəsindən gəlir (Azerbaijan Manages Crisis Amid Iran Conflict)” məqalə “The Jamestown Foundation” beyin mərkəzinin nəşrində dərc edilib.
Məqalədə İran-ABŞ, İsrail münaqişəsi fonunda Azərbaycanın milli maraqlara əsaslanan praqmatik və rasional siyasətinin böhranlı vəziyyətlərin necə öhdəsindən gəlməsi detallı şəkildə əksini tapıb. Qeyd edilib ki, Azərbaycan İran ətrafındakı gərginlik fonunda neytral və balanslı mövqe saxlayaraq öz ərazisinin İrana qarşı hərbi əməliyyatlarda istifadə olunmayacağını bəyan edib, diplomatik və humanitar kanalları aktiv saxlayıb. Ölkəmiz yüksək səviyyəli təmaslar və başsağlığı mesajları vasitəsilə Tehranla əlaqələri qoruyub saxlayaraq münasibətləri böhran idarəçiliyi çərçivəsində davam etdirib.
Məqalədə, həmçinin Azərbaycan üçüncü ölkə vətəndaşlarının, bir sıra ölkələrin diplomatlarının Azərbaycan ərazisi vasitəsilə təhlükəsiz şəkildə İrandan çıxarılmasında oynadığı rola, eləcə də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə İrana humanitar yardımlar göndərilməsi ilə ölkəmizin atdığı konstruktiv addımlara diqqət çəkilib.
“Rəsmi Bakı heç bir tərəflə açıq şəkildə ittifaqa girmədən və gərginliyi artırmadan sərhədlərin təhlükəsizliyini təmin edərək mülki şəxslərin təxliyəsini həyata keçirmiş, xarici vətəndaşların təhlükəsiz tranzitinə şərait yaratmış və humanitar yardımı nəzarətli sərhəd keçidləri vasitəsilə İrana yönləndirərək funksional sabitləşdirici rol oynamışdır”.
https://jamestown.org/azerbaijan-manages-crisis-amid-iran-conflict/


