BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-də Men-Azərbaycan Cəmiyyətinin nümayəndə heyəti ilə görüş olub

2024-05-24 13:55

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) ABŞ-nin Men ştatında fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif aspektləri barədə danışan BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayeva regionda yaranan reallıqlar barədə məlumat verdi və rəsmi Bakının sülh gündəliyinə sadiq olduğunu diqqətə çatdırdı.

Gülşən Paşayeva, həmçinin BMTM-in fəaliyyəti barədə məlumat verdi. O qeyd etdi ki, BMTM-in əsas missiyası regional və qlobal proseslərlə bağlı hərtərəfli təhlillər aparılması və beynəlxalq ictimaiyyətdə Azərbaycan xarici siyasətinin prioritetləri ilə bağlı məlumatlılığın artırılması təşkil edir.

Öz növbəsində, Men-Azərbaycan Cəmiyyətinin fəaliyyətləri barədə məlumat verən Tərlan Əhmədov bildirdi ki, səfərin əsas məqsədini Azərbaycan reallıqlarının geniş ictimaiyyətə çatdırılması təşkil edir.

Daha sonra nümayəndə heyətinin üzvləri Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfərləri barədə təəssüratlarını bölüşdülər.

Görüş mətbuat konfransı ilə davam etdirildi.