BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

"Caucasus Strategic Perspectives” Jurnalının yeni sayı dərc edilib

2021-02-16 15:49

BMTM-in ingilisdilli nəşri olan “Caucasus Strategic Perspectives” Jurnalının “Ermənistan və Azərbaycan: uğursuz sülh və müharibə arasında” adlı yeni sayı dərc edilib. Jurnalının yeni buraxılışı ötən il Ermənistanla Azərbaycan arasında baş vermiş 44 günlük müharibəyə və Ermənistan-Azərbaycan münaqişəsinin müxtəlif aspektlərinə həsr olunub.  CSP-nin hazırkı müəllifləri Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində ideologiyanın rolunu, qərb mediasının münaqişəni necə işıqlandırmasını, iqtisadi məsələləri, Ermənistanın qeyri-qanuni fəaliyyətlərini, çoxtərəfli diplomatiyanın rolunu, münaqişəyə beynəlxalq reaksiyanı, eləcə də humanitar və geosiyasi məsələləri təhlil ediblər. CSP-nin yeni sayında 6 məqalə, 7 şərh və 2 kitab icmalı yer alıb.

Buraxılışdakı PDF məqalələri CSP-nin veb saytından aşağıdakı link vasitəsilə oxuya və yükləyə bilərsiniz: https://cspjournal.az/new-issue

Jurnalın tam versiyasına aşağıdakı link vasitəsi ilə baxmaq mümkündür: https://cspjournal.az/uploads/files/CSP_Vol%201%2C%20Is%202%2C%20Winter_web%20with%20COVER%20PAGE%20(1)(1).pdf

CSP xarici siyasət və təhlükəsizlik mövzularını əhatə edən ildə 2 dəfə nəşr olunan yarı akademik jurnaldır. Jurnal Cənubi Qafqaz regionunun qonşuluğuna təsir edən məsələlərə qlobal və regional perspektivdən yanaşma nümayiş etdirməklə bərabər, əsasən bölgənin beynəlxalq konteksdə roluna diqqət ayırır. CSP jurnalı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center) tərəfindən Bakıda nəşr olunur.