“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı işıq üzü görüb. “Cənubi Qafqaz regionunda müharibədən sonrakı vəziyyət” adlı yeni nömrə 2020-ci ilin payızında Ermənistanla Azərbaycan arasında baş vermiş 44 günlük müharibədən sonra mümkün əməkdaşlıq imkanlarına həsr edilib. CSP-nin yeni buraxılışında 5 məqalə, 3 şərh və 1 kitab icmalı yer alıb. CSP-nin hazırkı müəllifləri müharibədən sonrakı dövrdə Türkiyə, İran, Rusiya və Aİ kimi regional aktorların regional siyasətlərini, mövcud siyasi fikir ayrılıqlarını və gərginlikləri, habelə münaqişə sonrası dövrdə yaranan iqtisadi əməkdaşlıq imkanlarını təhlil ediblər.
Qeyd edək ki, CSP jurnalı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center) tərəfindən ildə 2 dəfə Bakıda nəşr olunan və xarici siyasət və təhlükəsizlik mövzularını əhatə edən akademik jurnaldır. Jurnal Cənubi Qafqaz regionunun qonşuluğuna təsir edən məsələlərə qlobal və regional perspektivdən baxmaqla yanaşı, əsasən bölgənin beynəlxalq siyasətdəki roluna diqqət yetirir. Jurnalda fərqli sahələrin mütəxəssislərinin, həmçinin xarici ölkələrin ekspertlərinin baxışları yer alır.
Jurnalda yer almış məqalələri aşağıdakı linkə daxil olaraq oxumaq və yükləmək mümkündür: https://cspjournal.az/new-issue
Daha əvvəlki buraxılışlara nəzər salmaq üçün aşağıdakı linkə daxil olun: https://cspjournal.az/archive